CƏMİYYƏT


Ələtdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutularaq istintaqa cəlb edilib

Bakı, 16 may, AZƏRTAC

Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər Qaradağ Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, həmçinin Zaur Əhmədov və Şahin Rüstəmli tutularaq istintaqa təqdim ediliblər. Onların hər birinin üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə heroin aşkarlanaraq götürülüb.

Narkotik maddələrin mənbəyinin müəyyən olunması məqsədilə araşdırmalar davam etdirilir. Adları çəkilən hər bir şəxs barəsində Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.