CƏMİYYƏT


Ali Erbaş: Azərbaycan-Türkiyə əməkdaşlığı hər sahədə özünü göstərir

Şuşa, 27 oktyabr, AZƏRTAC

Biz Azərbaycanın tarixi Zəfərindən sonra könül rahatlığı ilə Şuşadayıq. Böyük Zəfərdən sonra Şuşaya gələrək burada namazımızı birlikdə qıldıq. Şuşa Zəfərini bizə yaşadan cənabı Haqqa sonsuz şükür edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Şuşada səfərdə olan Türkiyə Respublikasının Diyanət İşləri sədri Ali Erbaş söyləyib.

“Azərbaycan dövlətinin, Ordusunun şücaəti ilə Qələbə qazandığımız üçün Allaha şükür edirik”, - deyən sədr Azərbaycan-Türkiyə əməkdaşlığının hər sahədə özünü göstərdiyini və bundan sonra da belə davam edəcəyini vurğulayıb.

“Dünən Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə iştirak etdilər.

Biz də onlardan sonra ilk dəfə Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə ilə Füzuli Beynəlxalq Hava Limanına eniş etdik. Bu, bizim üçün də həqiqətən böyük bir şükür vəsiləsidir. Şuşaya isə avtomobil yolu ilə gəldik. Burada təmir olunan məscidləri də ziyarət etdik. Bu gün Şuşada möhtəşəm məsciddə günorta namazını qıldıq. İnşallah, səfər çərçivəsində burada olan bəzi yerləri də ziyarət edəcəyik.

Azərbaycan və Türkiyə xalqlarına dua edirik. Allah birliyimizi, bərabərliyimizi daimi etsin!", - deyə Ali Erbaş fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.