CƏMİYYƏT


Ali Erbaş: Savaş zamanı belə məbədlərin, həmçinin yaşlı insanların, dinc əhalinin toxunulmazlığı var

Ağdam, 28 oktyabr, Elmir Səftərov, AZƏRTAC

On iki gündən sonra Zəfər bayramı qeyd olunacaq. Biz də Türkiyə Diyanət İşləri Başqanlığı olaraq mənfur ermənilərin işğal dövründə Qarabağda hansı dağıntıları və zülmləri törətdiklərini öz gözlərimizlə görmək üçün buraya gəldik. Azərbaycan əsgərlərinin Şuşanı işğaldan necə azad etmələri barədə ətraflı məlumatlar aldıq. Eyni zamanda, məscidləri ziyarət etdik, təmir olunmuş məsciddə azan oxuduq və namaz qıldıq.

Bu gün də Ağdam şəhərinə səfər etdik. Burada da erməni vandalizminin şahidi olduq. Qəbirlərin söküldüyünü, evlərin yerlə-yeksan edildiyini, tək bir evin də salamat qalmadığını öz gözlərimizlə gördük. Ağdamdakı Cümə məscidini ziyarət etdik. Ermənilər buradakı məscidə də zərər vurublar. Məscidin güllələrin hədəfi olduğu mehrabdakı qəlpə izlərindən bəllidir. Ermənilər məscidin içində donuz saxlayıblar ki, bu da müsəlmanların ibadət yerlərinə təhqirin ən bariz örnəyidir. Bizim inancımızda, İslam dinində savaş zamanı belə kilsə, sinaqoq, həmçinin digər məbədlərin, eyni zamanda, yaşlı insanların, qadınların, dinc əhalinin toxunulmazlığı var. Azərbaycan əsgərləri müsəlmanlıqdan, imanlarından irəli gələrək əli silahsız olan heç kimə zərər verməyiblər. Lakin ermənilər burada mülki insanların qətliamını törədiblər. Xocalı qətliamı bunların ən bariz nümunələrindən biridir. Bir az əvvəl şəhidlərimizi də ziyarət etdik, onların məzarlarının necə dağıdıldığını da gözlərimizlə gördük.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Ağdamda səfərdə olan Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş söyləyib.

Bundan sonra da şeyxülislam Allahşükür Paşazadə ilə tez-tez görüşəcəklərini deyən A.Erbaş deyib: “Diyanət işləri, dini xidmətlər, dini təhsil mövzularında təkcə iki ölkə deyil, digər dost müsəlman, türk dilində danışan ölkələrin diyanət işləri rəhbərləri ilə də bir araya gələcək, daha keyfiyyətli dini xidmətlərin göstərilməsinə çalışacağıq. Mən cənab Haqdan Zəfərimizin xeyirli olmasını, bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Zəfərimiz xeyirli-uğurlu olsun. Azərbaycan dövləti və xalqı üçün dua edirik. Uca Yaradan Azərbaycanı düşmənin hər bir hiyləsindən qorusun. Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və dostluq daimi olsun”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.