Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək

Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb edir. Memoranduma 2020-ci ildə Azərbaycanın yaratdığı iki mühüm yeni reallıq kontekstindən yanaşsaq, bilavasitə bu sənədin özünün, eləcə də onun reallaşdırılmasının multiplikativ effektinin həm iki ölkə arasındakı münasibətlər, həm regional, həm də qlobal nüanslar baxımından əhəmiyyətinə daha çox işıq düşmüş olar. Belə ki, dünya üçün çox ağır və mürəkkəb keçən 2020-ci il Azərbaycan üçün ağır olsa da, ötən il həm də iki cəhətdən çox əlamətdar oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli bildirib.

Ə.Məsimli fikirlərini belə izah edib: “Birincisi, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsi 30 illik işğala son qoydu. Amma bu, təkcə Azərbaycan miqyaslı hadisə deyil. 44 günlük Qarabağ müharibəsi və qazandığımız böyük Qələbə həm də regionda yeni reallıq yaradıb. Bu müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, keçmiş SSRİ-nin bütün məkanında keyfiyyətcə yeni bir geosiyasi və iqtisadi gerçəkliyin formalaşmasının şahidi oluruq. Həmin yeni reallıq, heç şübhəsiz, regional və qlobal proseslərə öz təsirini göstərəcək və Azərbaycanı daha da gücləndirəcək. Güclənmiş və imkanları artmış Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə əksər ölkələrin, xüsusən də region ölkələrinin marağı da artır”.

Deputatın sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdikdən sonra Türkmənistan tranzit ölkəyə çevrilib və bu, ona böyük fayda verir. Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru yolunun işə düşməsi ilə şübhəsiz ki, ölkəmizdən Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiyadan keçməklə Çin Xalq Respublikasınadək nəhəng türk zolağı uzanacaq. Strateji əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması region ölkələri kimi Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistana da müəyyən şanslar və üstünlüklər verəcək. Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.

Əli Məsimli ikinci məsələ kimi 2020-ci ilin sonlarında Azərbaycan qazının ilk dəfə Avropaya çıxmasını qeyd edib. Bildirib ki, Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olunub. Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci il iyunun 30-dan TANAP-la nəqlinin ardınca, ötən ilin sonlarında ilk dəfə Avropa bazarına daxil olması Azərbaycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açır. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək, böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək. Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi istehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına töhfə verməklə yanaşı, həm də Avropanın Xəzər regionu ilə birləşdirilməsinə də xidmət edir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə genişmiqyaslı nəqliyyat və enerji layihələrinin istismarı, həyata keçirilməsi bölgənin cəlbediciliyini artırır, onu nəqliyyat mərkəzinə çevirərək Avropa ilə Asiya arasında körpü yaratmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Türkmənistan da öz enerji resurslarını Avropa bazarlarına çıxarmaqda maraqlı görünür. Türkmənistan 2017-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına qoşulub. Türkmənistan öz qazının bu dəhliz vasitəsilə Avropa bazarlarına çıxarılmasını istəyir.

Deputat qeyd edib ki, ilk olaraq, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində uzun illər müzakirə mövzusu olmuş, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı, təqribən 35 milyard dollar dəyərində qiymətləndirilən yatağın “Dostluq” yatağı adlandırılaraq onun karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, hər şeydən əvvəl, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Ona görə də “Dostluq” yatağı haqqında sənəd, Azərbaycan Prezidentinin sözləri ilə desək, “tarixi sənəddir”. Çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

“İkincisi, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığı prinsipcə yeni mərhələyə daşıyır. Bu, Azərbaycan və Türkmənistanın Xəzər dənizinin qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə töhfəsini artıracaq.

Üçüncüsü, bu Memorandumla Xəzərdə maraqların toqquşmasından maraqların balanslaşdırılması və harmoniyasına keçidin əsası qoyulur. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır.

Dördüncüsü, Memorandumun reallaşdırılması Azərbaycanla Türkmənistanın çox zəngin birgə potensialının üzə çıxarılmasına, ixrac imkanlarının genişlənməsinə və əlavə valyuta gəlirlərinin əldə edilməsinə təkan verəcək. Bundan başqa, Memorandumun reallaşdırılması enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə, bunun multiplikativ effekti isə digər sahələrdə də əməkdaşlığın və iqtisadi-ticari əlaqələrin genişlənməsinə kömək edəcək”, - deyə Əli Məsimli qeyd edib.

Deputat bildirib ki, Memorandumun reallaşdırılmasının digər faydası Xəzərin iki enerji dövlətinin bu regionda geniş qarşılıqlı faydalı əməkdaşlığının yaxşı nümunə ola biləcəyidir. Bu isə Azərbaycan və Türkmənistanla yanaşı, regionun digər ölkələrinin də enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Həmçinin Memorandumun həyata keçirilməsi beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaradılmasına xidmət edəcək. Bu layihənin reallaşdırılmasına iri xarici investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar və onun ardınca orta kapitalın gəlişinə stimullar yaranacaq. Yatağın istismarı, eyni zamanda, Xəzərin karbohidrogen ehtiyatlarından istifadə məsələlərində Azərbaycanla Türkmənistanın fikir ayrılığının aradan qalxması, enerji ehtiyatlarının Azərbaycan ərazisi vasitəsilə bazarlara çıxarılması və tranzit daşımaları sahələrində də iki ölkənin əməkdaşlığını yeni mərhələyə daşıyacaq”.

Əli Məsimli vurğulayıb ki, bu, habelə Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açmaqla, Azərbaycan və Türkmənistanın iqtisadi inkişaf göstəricilərinə müsbət dinamizm verəcək, artım templərinin sürətləndirilməsinə, yeni iş yerlərinin açılmasına və digər istiqamətlərə əlavə təkan olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO