SİYASƏT
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
BMT-nin Dövlət Xidmətləri Forumunun yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, forum bu istiqamətdə müzakirələrin davam etdirilməsi üçün möhtəşəm təcrübədir. Forumda aparılan fikir mübadiləsinin dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcəyinə inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Alia El Yassir jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycana ilk dəfədir səfər edirəm. Bakının çox yerini gəzməyə hələ vaxtım olmayıb. Lakin ilk təəssüratlarım çox xoşdur. Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl məkanlarından biridir. Azərbaycandan çox yaxşı xatirələrlə geri dönəcəyəm və öz ölkəmdə bu barədə danışacağam. BMT-nin dövlət xidmətləri üzrə mükafatına layiq görülən ölkələri təbrik edir, forumun işinə uğurlar arzulayıram”, - deyə Alia El Yassir qeyd edib.