REGİONLAR
Alıcılar fındığın süfrə növünə daha çox üstünlük verirlər VİDEO
Qazax, 17 iyun, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunda artıq neçə ildir ki, fındıq becərilir. Həm həyətyanı, həm də pay torpaqlarında becərilən fındıq bu il daha çox bar verib.
Fermer Siyavuş Qədimov AZƏRTAC–ın müxbiri ilə söhbətində deyib: “Əvvəl 1 hektar sahədə bağ salmışdımsa, bu il sahəni 2 hektara çatdırmışam. Fındıqçılıq gəlirli sahədir. Keçən il fındığın bir kiloqramını 4-5 manata satmışdıq. Məhsulun üstün cəhəti odur ki, tez xarab olmur.”
Siyavuş Qədimovun fındıq bağında 10 ailə çalışır və hər ay buradan əməkhaqqı alırlar.
Fındıqçılıq təsərrüfatı üzrə aqronom olan Ələsgər Şərifov bildirib ki, bağların suvarılması, budanması vaxtlı-vaxtında aparılanda məhsul da bol olur.
Qazaxda fındığın xırda və nisbətən böyük olan süfrə növləri yetişdirilir. Satıcılar isə fındığın süfrə növünün alıcılıq qabiliyyətinin daha yaxşı olduğunu deyirlər.