Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əlillik təyinatı adsızlaşdırılmış qaydada və vətəndaş-məmur təması olmadan aparılır

Əlillik təyinatı adsızlaşdırılmış qaydada və vətəndaş-məmur təması olmadan aparılır

Bakı, 26 aprel, AZƏRTAC

Son vaxtlar 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib və bu məsələ vətəndaşlar arasında bir sıra suallar doğurur.

AZƏRTAC xəbər verir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova həmin məsələyə aydınlıq gətirərək deyib: “Sosial sahədə aparılan islahatların hədəflərindən biri əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatına yol verilməməsi və saxta əlillik təyinatlarının aşkar edilərək ləğv edilməsidir. Nazirlər Kabinetinin 2015-ci il dekabrın 30-da verdiyi qərara əsasən heç bir müayinədən keçmədən müddətli əlilliyi olanların əlillik müddəti beş il uzadılıb. Müayinədən keçmədən əlillik dərəcəsi aldıqlarına görə elə təəssürat yaranırdı ki, onlara müddətsiz əlillik təyin olunub. Onlara ödənilən müavinət dayandırıldığına görə bunu əlilliyin ləğv edilməsi kimi qəbul edirlər. Halbuki onların arasında əlillik səviyyəsində olmayanlar da var. Lakin əslində əlilliyin müddəti bitdiyinə görə onlar təkrar müayinədən keçərək mövcud qanunvericiliyə uyğun olaraq göndəriş tərtib olunandan sonra əlillik təyinatı üçün müraciət edə bilərlər. Onu da qeyd edim ki, mövcud qanunvericiliyə uyğun olaraq əlillik müddətli və müddətsiz təyin olunur. Geridönməz və bərpa olunmayan hallarda dərəcəsindən asılı olmayaraq müddətsiz əlillik təyinatı təyin edilir. Müddətli əlillik dərəcəsi isə xəstəliyin bərpa edilmə potensialı nəzərə alınaraq beş il müddətinə təyin edilir.

Bu il yanvarın 13-də Vətən müharibəsi iştirakçılarının əlillik təyinatı ilə əlaqədar komissiya yaradılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə və Müdafiə nazirliklərinin, İcbari Tibbi Sığorta Agentliyinin nümayəndələrinin daxil olduğu komissiya üzvləri hər bir Vətən müharibəsi iştirakçısını evində və ya xəstəxanada ziyarət edir, onların sağlamlıq vəziyyəti ilə əlaqədar videoçəkiliş aparır. Hazırda 400 nəfərə yaxın Vətən müharibəsi qazisinin əlillik təyinatı aparılıb, 524 qazi müxtəlif bərpa vasitələri,16 qazi aşağı ətraf protezləri ilə yəmin edilib, 40-a yaxın qaziyə isə yuxarı ətraf protezi hazırlanması ilə əlaqədar ölçülər götürülüb və onlar 4-6 həftə ərzində həmin protezlərlə təmin olunacaqlar.

Əgər hansısa səbəbdən komissiya üzvləri tərəfindən Vətən müharibəsi qazisinə baxış keçirilməyibsə, onlar yaşadıqları region üzrə tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilərlər və bu barədə onlara lazımi yardım göstərilər. Müraciət edənlərin əlillik səviyyəsi olduqda bununla əlaqədar videoçəkiliş aparılaraq əlillik təyinatı üçün müvafiq tədbirlər görülür. Ümumiyyətlə, səbəb və nəticədən asılı olaraq Vətən müharibəsi iştirakçılarına mərkəzi hərbi-həkim komissiyası tərəfindən şəhadətnamə yazılır, həmin şəhadətnamə və mövcud müayinələrin əsasında rəsmi göndəriş verilir və yekunda bütün bunların nəticəsində əlillik təyinatı aparılır”.

Sədr müavini daha sonra deyib: “Saxta əlillik təyinatları müxtəlif dövrləri əhatə edir və bu sahədə mütəmadi olaraq həm əyani olaraq, həm də sənədlər əsasında müayinələr aparılır. Əksər hallarda göndərişin tərtib edilməsində də saxtakarlıq halları aşkara çıxarılır. Həmin halların hər hansı birində saxtakarlıq üzə çıxarılanda əlillik təyinatı ləğv edilir. Növbəti illərdə əlillik təyinatı dərəcələrlə deyil, əmək qabiliyyətinin itirilməsi faizi ilə müəyyən ediləcək.

Əlillik təyinatı hazırda adsızlaşdırılmış qaydada aparılır, 88 nömrəli forma əsasında göndəriş rəsmiləşdirilir, sonra adsızlaşdırılmış qaydada Əlillik altsisteminə daxil edilir və heç bir məmur-vətəndaş təması olmadan təyinat aparılır. Əksər hallarda göndərişin natamam tərtib edildiyi, yaxud müalicə potensialı tükənmədiyi, onun davam etdirilməsinə ehtiyac olduğu halda və diaqnoz əlillik əlaməti təyin etmədiyi hallarda imtina qərarı verilir. Göndərişin düzgün tərtib olunmaması və müalicə prosedurunun davam etdirilməsi ilə əlaqədar səbəblər heç də əlillik təyinatının aparılmaması və ya xəstənin əlillik səviyyəsində olmaması demək deyil. Bir sıra hallarda diaqnoz əsaslandırılmır, halbuki hər bir diaqnoz və onun ağırlaşmaları instrumental laborator müayinələr və anamnestik məlumatlarla əsaslandırılmalıdır. Həmin hallarla əlaqədar yanlışlığa yol verildiyi hallarda əlilliyin düzgün qiymətləndirilməsi çətin olur”.

O, əlillərin müalicə və reabilitasiyası barədə danışarkən deyib: “Hazırda həmin proses əsaslı şəkildə təmir edilmiş 11 müəssisədə növbəli qaydada aparılır. Pandemiya şəraiti ilə əlaqədar olaraq həmin müəssisələrə vətəndaş qəbulu məhdudlaşdırılıb və pandemiya başa çatandan sonra bərpa müalicələri davam etdiriləcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb