DÜNYA


Almaniya Macarıstanda sərmayə yatırmaqda davam edir

Budapeşt, 16 sentyabr, AZƏRTAC

Almaniyanın “Deufol” logistika şirkətinin dünyanın 12 ölkəsində 90 obyekti var. Bu obyektlərdə 2300 nəfər çalışır. Keçən il şirkətin dövriyyəsinin ümumi həcmi 265 milyon avroya bərabər olub.

AZƏRTAC xəbər verir ki, şirkətin rəhbərliyi öz fəaliyyət dairəsini genişləndirməyi qərara alıb. Bu dəfə şirkət Macarıstan bazarına yol açmağa hazırlaşır.

Şirkətin rəhbəri Yurgen Xillen bildirib ki, tezliklə Macarıstanın Debretsen şəhərində yeni qablaşdırma və logistika mərkəzi inşa ediləcək. Bu mərkəz şirkətin cənub şərqi Avropada regional yükaşırma məntəqəsində çevriləcək. Yeni müəssisədə 120 nəfər çalışacaq, layihənin dəyəri isə 20 milyon avroya bərabər olacaq.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.