DÜNYA


Almaniya avtomatlaşdırılmış əczaçılıq sənayesi üçün avadanlıq istehsalına başlayacaq

Berlin, 9 sentyabr, AZƏRTAC

Məşhur yenilikçi sahibkar İlon Mask Almaniyada növbəti işgüzar səfərdədir. AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, İlon Mask TESLA elektromobilləri istehsalı ilə bərabər, dərman preparatlarının, o cümlədən mPHK vaksinlərin avtomatlaşdırılmış istehsalı üçün əczaçılıq sənayesində prinsipial yenilik olan avadanlıq istehsalına başlamaq imkanlarını araşdırmaq niyyətindədir.

COVID-19-a qarşı vaksin yaradılması üzərində iş aparan KyuVak biotexnologiya şirkətinin qərargahında İlon Maskın bu firmanın səhmlərinin nəzarət paketini alması ehtimalı barədə də söhbət gedib. Bu gün məlum olub ki, danışıqlarda hələlik vaksin istehsalı üçün mobil avadanlıq (printerlər) buraxılışından söhbət gedib. Tərkibində virusun genetik materialının yalnız bir hissəsi olan bu yeni tipli vaksin fəsadlar yaranması riskini xeyli azaldır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.