SİYASƏT


Almaniya cəmiyyəti Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdəki abidələrimizi atəşə tutması barədə məlumatlandırılıb

Berlin, 15 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdəki dini məbədlərimizin və mədəniyyət abidələrimizin atəşə tutması ilə bağlı Azərbaycan Respublikasının AFR-dəki səfirliyi tərəfindən mətbuata bəyanat hazırlanıb və onun Almaniyanın kütləvi informasiya vasitələri arasında yayılması təmin edilib.

AZƏRTAC bəyanatın xülasəsini təqdim edir.

“Azərbaycanın silahlı qüvvələri tərəfindən Şuşa şəhərindəki kilsənin guya atəşə tutulması ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı ittiham və provokasiyadır. Belə ki, Ermənistanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı mülki şəxslərin, infrastrukturun və mədəni abidələrin qəsdən atəşə tutulmasından yayındırmaqdan, eləcə də işğal olunmuş ərazilərdəki Azərbaycanın mədəni irsinin silinməsindən ibarətdir. Bir neçə gün öncə Azərbaycanın ikinci böyük şəhəri Gəncə raket atəşinə tutulub. Bütün bunlar açıq şəkildə Ermənistanın vandalizm siyasətini təsdiq edir.

Sentyabrın 29-da Füzuli rayonundakı Şeyx Babı Yaqub türbəsinə Ermənistan silahlı qüvvələri tərəfindən xələl yetirilib. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərindəki məscidlərdə heyvanlar saxlayır və bununla da dini məbədləri təhqir edirlər.

Mədəni müxtəliflik nümunəsi olan Azərbaycan dünyada dini cəhətdən ən tolerant ölkələrdən biri hesab olunur. Mədəni genosid törədən, işğal olunmuş ərazilərdə məscidləri dağıdan və dini məbədləri təhqir edən Ermənistandan fərqli olaraq Azərbaycan tolerantlıq ənənələrinin qorunmasına mühüm əhəmiyyət verir. Bakı şəhərinin mərkəzində yerləşən, tamamilə bərpa olunmuş və dövlət tərəfindən qorunan erməni kilsəsi bu siyasətin bariz nümunəsidir. Azərbaycan Vatikan daxil olmaqla müxtəlif ölkələrdə xristian dini məbədlərinin bərpası məqsədilə bir sıra layihələr həyata keçirir”.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.