DÜNYA


Almaniya məktəblərində onlayn-tədris özünü doğrultmayıb

Berlin, 9 sentyabr, AZƏRTAC

Bu yaxınlarda aparılan tədqiqatların nəticələrinə görə distant formada aparılan tədrisə orta hesabla hər on almaniyalı məktəblidən yalnız biri öyrəşə bilib.

AZƏRTAC xəbər verir ki, reprezentativ sorğu bütün Avropa İttifaqı məkanı üzrə aparılıb. Koronavirus böhranı şəraitində alman şagirdləri üçün onlayn-tədrisə keçid onların digər ölkələrdə yaşayan həmyaşıdları ilə müqayisədə daha çətin olub. Tətbiq edilən təhsil sistemlərinin birbaşa müqayisəsində Almaniya sonuncu yerdə olub. Bu ölkədə 10 şagirddən yalnız biri distant tədrisə tam öyrəşə bilib.

Rəyi soruşulan valideynlərin hər beş nəfərindən biri onların uşaqları üçün onlayn-dərslərin faydası ilə bağlı fundamental skeptisizm ifadə edib. Üstəlik, valideynlərin fikrincə, onlayn-dərslər zərərlidir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.