DÜNYA


Almaniya yeni kansleri təntənə ilə qarşılayır

Berlin, 8 dekabr, AZƏRTAC

Olaf Şolts Almaniya Federativ Respublikasının yeni kansleri seçilib.

AZƏRTAC xəbər verir ki, beləliklə o, Almaniya dövləti tarixində kansler postunda dördüncü sosial-demokratdır.

Şolts bu gün Bundestaqda keçirilən səsvermədə 395 səslə dəstəklənib, halbuki onun bu posta seçilməsi üçün yetərsay 369 səs idi. 303 deputat onun “əleyhinə” səs verib, 6 deputat bitərəf qalıb, 29 deputat isə xəstəliklə əlaqədar səsvermədə iştirak etməyib.

Şolts bu gün Dəftərxanadakı bütün rəsmi işləri Angela Merkeldən qəbul edəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.