DÜNYA
Almaniyada antisemitizmin səviyyəsi müsəlman icması ilə müqayisədə almanlar arasında daha yüksəkdir
Berlin, 17 avqust, AZƏRTAC
Almaniyada almanlar arasında antisemitizm artır. Tədqiqatlar göstərir ki, almanlar özləri antisemitizmə ölkədə yaşayan müsəlmanlardan daha çox meyillidirlər.
AZƏRTAC xəbər verir ki, aşağıda göstərilən rəqəmlər buna sübutdur. Bu rəqəmlər müsəlmanlar və onların yəhudilərə münasibətdə “dözülməzliyi” barədə bir çox stereotipi qırır.
Sorğunun gedişində özlərini alman adlandıranların 60 faizi bütövlükdə antisemitizmi Almaniyada geniş yayılmış hal hesab edir, 64 faiz isə son 10 il ərzində bu problemin gücləndiyini vurğulayır. Təqdirəlayiqdir ki, rəyi soruşulanların 73 faizi antisemitizmi bütün alman ictimaiyyətinə aid olan problem hesab edir. Eyni zamanda, 15 faiz respondent bu məsələnin onların özləri üçün deyil, yalnız yəhudilər üçün problem olduğunu deyir.
İndi isə diqqət edək: Almaniyanın müsəlman dininə etiqad edən sakinlərinin 53 faizi bildirir ki, antisemitizm ölkədə geniş yayılıb, 51 faizi isə onun son 10 ildə gücləndiyini təsdiqləyir. Ölkədə yaşayan müsəlmanların 66 faizi antisemitizmi bütün alman cəmiyyəti üçün problem saydığı halda, 8 faizi bunu təkcə yəhudilərə yox, bütün cəmiyyətə aid olan problem hesab edir.
Daha sonra, Almaniyada antisemitizmin nə dərəcədə geniş müzakirə olunması barədə suala alman əhalinin 31 faizi və müsəlmanların 28 faizi “kifayət etməyəcək dərəcədə” cavabını verib. Respondentlərin yalnız 30 faizi son 5 il ərzində bütün antisemit insidentlərin müsəlman vətəndaşlar tərəfindən törədildiyini qeyd ediblər. Buna müqabil olaraq, belə halların hər birində təqsirkarın müsəlman dininə mənsub olması vurğulanıb ki, bu da alman cəmiyyətində müsəlmanlara yanaşmada stereotiplərin kök salmasını gücləndirir.
Bax, ikili standartlar belədir.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin