DÜNYA


Almaniyada taraqqalar qadağan edilə bilər

Berlin, 8 yanvar, AZƏRTAC 

“Deutsche Umwelthilfe” ekologiya təşkilatı Almaniyanın iri şəhərlərində taraqqaların müəyyən növlərinin qadağan edilməsi kampaniyasına başlamaq niyyətindədir.

Təşkilatın rəhbəri Yurgen Reş “Berliner Zeitung” qəzetinə müsahibəsində şəhər hakimiyyət orqanlarını hədələyərək bildirib ki, kompromis əldə edilməsə, məhkəməyə müraciət olunacaq. O deyib: “Biz havasının çirklənmə səviyyəsi yüksək olan şəhərlərin bələdiyyələrini ətraf ərazilərdə peşəkarcasına hazırlanmış atəşfəşanlıq təşkil etməyə çağırırıq. Axı peşəkarcasına təşkil edilmiş pirotexnik şou həvəskarların şousundan daha təhlükəsiz, ətraf mühit üçün isə daha ziyansızdır”.

AZƏRTAC xəbər verir ki, “Deutsche Umwelthilfe” təşkilatı Almaniyanın bəzi şəhərlərinin küçələrində dizel mühərrikinin köhnəlmiş tipi ilə işləyən avtomobillərin hərəkətinin qadağan edilməsinə dair iddia üzrə məhkəmədə qələbəsindən sonra ölkədə böyük populyarlıq qazanıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.