İQTİSADİYYAT


Almaniyanın “EPC Group”u “Sumqayıt Kimya Sənaye Parkı” ilə  əməkdaşlıq imkanlarını aydınlaşdırır

Bakı, 22 aprel, AZƏRTAC 

“Sumqayıt Kimya Sənaye Pa rkı” (SKSP) MMC-nin ofisində Almaniyanın “EPC Group” şirkətinin icraçı direktoru Lens Henkel və “LEG Thüringen” təşkilatının MDB ölkələri üzrə layihə rəhbəri İrina Hess ilə görüş olub.

AZƏRTAC-a Sənaye Parkından bildiriblər ki, Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə qonaqlaraSKSP-də rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib, parkın gələcək perspektivlərini özündə əks etdirən 3D formatlı videoçarx nümayiş edilib.

Qeyd edək ki, “EPC Group” şirkəti polyester məhsulların istehsalı sahəsi üzrə ixtisaslaşıb. Bu, şirkətin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində keçirilmiş sayca ikinci görüşüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.