İDMAN


“Almaniyanın “Volfsburq” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 27 oktyabr, AZƏRTAC

Almaniyanın “Volfsburq” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, komandaya Florian Kofeldt başçılıq edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otuz doqquz yaşlı çalışdırıcı ilə ikiillik müqavilə imzalanıb. Florian Kofeldt bu postda bir müddət əvvəl istefaya göndərilmiş Mark van Bommeli əvəzləyib.

Qeyd edək ki, “Volfsburq” bu mövsüm Bundesliqada 9 matçdan topladığı 13 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.