Altı ayda Banklararası Kart Mәrkәzi üzәrindәn 84.6 milyon kart әmәliyyatı aparılıb
AzerTAg.az
Bakı, 2 avqust, AZƏRTAC
Yanvar-iyun aylarında kart infrastrukturunun inkişafında da müsbәt tendensiya davam edib, habelә Banklararası Kart Mәrkәzinin (BKM) fәaliyyәtinin davamlılığı tәmin edilib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 2022-ci ilin I yarımili әrzindә BKM üzәrindәn 84.6 milyon kart әmәliyyatı aparılıb, hәmçinin milli valyutada hәyata keçirilmiş әmәliyyatların hәcmi 4.1 milyard manat, xarici valyutada isә 14.7 milyon ABŞ dolları vә 4.7 milyon avro tәşkil edib. Müasir dövrün әsas çağırışlarından olan elektron bankçılıq xidmәtlәri üzrә statistik göstәricilәrdә ciddi irәlilәyişlәr nәzәrә çarpıb. Hesabat dövründә elektron bankçılıq vasitәsilә cari hesablardan aparılmış köçürmәlәrin ümumi sayı 54.9 milyon әdәd, hәcmi isә 111 milyard manat tәşkil edib. 2021-ci ilin müvafiq dövrü ilә müqayisәdә köçürmәlәrin sayı 2.8 dәfә, hәcmi isә 71 faiz artıb.

Xəbərin mətnində orfoqrafik səhv var