DÜNYA


Əlverişsiz hava şəraiti Türkiyədə böyük fəsadlar yaradıb

Ankara, 28 iyun, AZƏRTAC

Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələrdə yağan güclü yağış və sel səbəbindən yaranan daşqınlar böyük fəsadlar yaradıb. Artıq bir neçə gündür davam edən əlverişsiz hava şəraiti ciddi fəsadlar yaradıb. Ən son məlumata görə 118 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Kastamonunun Kürə rayonunda bir nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, meteoroloqların iki gün əvvəl Bartın, Düzcə, Karabük, Kastamonu, Sinop və Zonguldak bölgələrində elan etdiyi “kritik yağıntı” həddi altı vilayətdə öz mənfi təsirini göstərib.

Ən güclü leysan Kastomunu vilayəti ərazisində müşahidə olunub. Güclü sel vilayətin İnebolu bölgəsində iki körpünü, avtoparkları və yaşıllıq əraziləri yuyub aparıb. Kastamonu-Ankara avtomagistralında çökmə baş verib. Dağlarda və yamaclarda baş verən sürüşmə və uçqunlar yollarda təhlükə yaradıb. Onlarla nəqliyyat vasitəsi su altında qalıb.

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qüvvələri təbii fəlakət bölgəsinə cəlb olunublar. Sel basan ərazilərdə sakinlər təxliyə olunub. Sahil Mühafizə Qüvvələrinin helikopterləri təxliyəyə cəlb edilib.

İlkin hesablamalara görə dövlətə və əhaliyə külli miqdarda ziyan dəyib.

Təbii fəlakət bölgələrində əhalinin zəruri ehtiyaclarını ödəmək üçün yardımlara başlanılıb.

Meteoroloqlar Anadolunun şimal-şərqində, eləcə də Ankara vilayəti bölgəsində sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.