ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunun əməkdaşları distant keçirilən beynəlxalq konfransa qatılıblar

Bakı, 11 aprel, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçiləri Yeganə Rəhnulla və Sevinc Bayramova Çexiyanın paytaxtı Praqada distant keçirilən “Avrasiya xalqları: tarix, mədəniyyət və qarşılıqlı problemlər” (“Peoples of eurasia: history, culture and interaction problems”) mövzusunda X Beynəlxalq elmi-praktik konfransa qatılıblar.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, onlayn təşkil olunan konfransda Sevinc Bayramovanın “Orta əsr Azərbaycan alimi Çarpərdinin müəllim və tələbələri”, Yeganə Rəhnullanın isə “Şərh əsməullah əl-husna” əsərinin əlyazma nüsxəsi” mövzusunda məruzələri bölmə iclaslarının səhifələrində nümayiş olunub.

Qeyd edək ki, xüsusi iştirakçı diplomu ilə təltif edilən institut əməkdaşlarının məruzələrinin tam mətni “Sociosfera – CZ” Elmi Nəşriyyat Mərkəzinin nəşrə hazırladığı konfrans materiallarının ümumi toplusuna daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.