İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu yeni saytını təqdim edib

Əmanətlərin Sığortalanması Fondu yeni saytını təqdim edib

Bakı, 23 may, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu beynəlxalq standartlara və müasir tələblərə cavab verən, tam yenilənmiş www.adif.gov.az veb saytını ərsəyə gətirib.

Fonddan AZƏRTAC-a bildirilib ki, yeni veb-sayt fərqli və yaradıcı strukturu, o cümlədən bir sıra yenilikləri ilə fərqlənir. Qeyd edək ki, vətəndaş məmnunluğunun və məlumatlılığın artırılması məqsədilə funksionallığı və gözoxşayan dizaynı ilə ərsəyə gətirilmiş saytdan istifadəçilər həm Fond haqqında, həm də Fondun ləğvedicilik və sığortaçı funksiyası, habelə digər istiqamətlər üzrə rahatlıqla məlumat əldə edə biləcəklər.

Sayt müxtəlif sektorlardan olan ziyarətçilərə Fond tərəfindən ərsəyə gətirilmiş yeni layihələr, informativ resurslar, bildirişlər, elanlar, eyni zamanda ictimaiyyətin diqqətinə təqdim olunacaq bütün xəbərlər haqqında informasiyanı asanlıqla əldə etmək imkanı yaradacaq.

İstifadəçilər www.adif.gov.az saytına daxil olmaqla, yuxarıda göstərilən bu və ya digər məlumatlar haqqında ətraflı məlumat əldə edə bilərlər. Məlumat üçün qeyd edək ki, daha istifadəçilərin rahatlığını təmin etmək məqsədilə saytın mobil versiyası da istifadəyə yararlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.