MƏDƏNİYYƏT


Əməkdar artist Fuad İbrahimov Tbilisidə konsertə dirijorluq edəcək

Bakı, 30 iyun, AZƏRTAC

İyulun 2-də Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun simli orkestr üçün “Nizaminin xatirəsinə” simfoniyası ilə yanaşı, Mika Mdinardzenin “145/Xristos” əsəri səsləndiriləcək. Həmçinin azərbaycanlı dirijorun idarəçiliyi və Gia Kançeli adına Tbilisi Gənclər Orkestrinin müşayiəti ilə yunanıstanlı fleytaçalan Statis Karapanos çıxış edəcək. Musiqili tədbirdə digər müğənnilərin ifaları da gözlənilir.

Qeyd edək ki, 1947-ci ildə yazılan “Nizaminin xatirəsinə” simfoniyası dahi şair Nizami Gəncəviyə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.