MƏDƏNİYYƏT


Amerika kinematoqrafçıları “Ərəbistan Laurensi” filmini XX əsrin ən yaxşı ekran əsəri hesab edib

Bakı, 14 yanvar, AZƏRTAC

Amerika Kinematoqrafçılar Cəmiyyəti (American Society of Cinematographers, ASC) yaranmasının 100 illiyi münasibətilə XX əsrin ən yaxşı filmini seçib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, seçimin nəticələrinə görə birinci yeri 1962-ci ildə rejissor Freddi Yanq tərəfindən lentə alınmış “Ərəbistan Laurensi” ("Lawrence of Arabia") filmi tutub.

Filmin çəkildiyi şərait ASC mütəxəssislərini heyrətə gətirib. Xüsusən, filmin açıq hava səhnələri İordaniyanın Cəbəl əl-Tubayk şəhərində lentə alınıb. Həmin vaxt burada havalar dözülməz dərəcədə isti olub və ən yaxın su mənbəyi 240 kilometr məsafədə imiş. Bununla belə, çəkiliş qrupunun peşəkarlığı sayəsində yeddi “Oskar”, dörd “Qızıl Qlobus” və bir çox başqa mükafatlara layiq görülən film ərsəyə gəlib.

Eyni zamanda, ilk onluqda “Ülgüc üzərində qaçan” (1962), “Apokalipsis bu gün” (1979), “Vətəndaş Keyn” (1941), “Xaç atası” (1972), “Quduz öküz” (1980), “Konformist” (1970), “Biçin günləri” (1978), “2001-ci il: Fəza odiseyi” (1968) və “Fransa rabitəçisi” (1971) kimi ekran əsərləri yer alıb.

Rus filmlərindən sovet rejissoru Mixail Kalatozovun 1964-cü ildə çəkdiyi “Mən Kubayam” dramı reytinqə 39-cu yerdə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.