Anadolu Agentliyi: Heydər Əliyev böhran vəziyyətində olan Azərbaycanda hakimiyyətə gələrək sabitliyə və iqtisadi inkişafa qapılar açdı
AzerTAg.az
Ankara, 10 may, AZƏRTAC
Türkiyənin Anadolu Agentliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə infoqrafika yayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın memarı Heydər Əliyev: 1923-2003” sərlövhəsi ilə xüsusi dizaynla hazırlanmış infoqrafikada ümummilli lider Heydər Əliyevin zəngin mənalı bioqrafiyası barədə türkdilli ictimaiyyətə geniş məlumat verilir.
İnfoqrafikanın girişində yazılır: “Azərbaycanın memarı Heydər Əliyev dövlət müstəqilliyi qazanılandan sonra vətəndaş müharibəsi təhlükəsi, Birinci Qarabağ savaşı və iqtisadi böhranla üz-üzə qalan Azərbaycanda hakimiyyətə gələrək ölkəsində sabitliyə və iqtisadi inkişafa qapılar açdı”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbərin mətnində orfoqrafik səhv var