DÜNYA


Ancelina Colinin filmi Kamboca tərəfindən “Oskar”a təqdim olunub

Bakı, 19 sentyabr, AZƏRTAC

Ancelina Colinin “Onlar əvvəlcə atamı öldürdülər” filmi Kamboca tərəfindən “Oskar” mükafatının “Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim edilib.

AZƏRTAC “Variety” nəşrinə istinadla xəbər verir ki, film kambocalı yazıçı və hüquq müdafiəçisi Lunq Anqa və onun “Qırmızı Xmerlər” rejimi haqqında xatirələrinə həsr olunub. Aktrisa onunla 2002-ci ildə - Kambocaya ilk humanitar missiyası vaxtı tanış olub.

A.Colinin həm Amerika, həm də Kamboca vətəndaşlığı var. Onun oğullarından biri Kambocada doğulub.

Filmin maliyyələşməsi ilə “Neflix” onlayn-servisi məşğuldur. Lent Şimali Amerika prokatına çıxarılacaq ki, bu da ona “Oskar” mükafatının digər nominasiyalarını qazanmaq imkanı verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.