DÜNYA


Ankarada “Cümhuriyyətin 97-ci ildönümündə milli mücadilə” sərgisi açılıb

Ankara, 29 oktyabr, AZƏRTAC

Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Ankarada “Cümhuriyyətin 97-ci ildönümündə milli mücadilə” sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Milli Kitabxanada keçirilən bu sərginin açılış mərasimində iştirak edib.

Əvvəlcə, zəngin bədii proqram olub.

Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan xalqının dövlətçilik tarixinin, əcdadlardan miras qalan dəyərlərin, Türkiyə Cümhuriyyətinin qurulması və bu prosesdə keçilən qəhrəman hərb hərəkatını milli sərvət kimi dəyərləndirib. Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə aparılan istiqlal mübarizəsinin tarixi əhəmiyyətini yüksək dəyərləndirən dövlət başçısı bildirib ki, istiqlal hərbindəki ruh və həyəcan bu gün də eyni əhvalda davam edir.

29 oktyabr - Respublika Günü münasibətilə xalqını bir daha səmimi sözlərlə təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, Türkiyə qarşıya qoyduğu bütün hədəflərə çatmaq üçün strategiyanı bundan sonra da əzmlə davam etdirəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.