İDMAN


Antalyada keçirilməsi nəzərdə tutulan Azərbaycan–Gürcüstan yoldaşlıq oyunu ləğv olunub

Bakı, 12 yanvar, AZƏRTAC

Antalyada təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Gürcüstan millisinin Antalyada nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan–Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA ilə Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, Azərbaycan və Gürcüstan milli komandalarının yoldaşlıq görüşü bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində keçirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.