DÜNYA


Antonio Quterreş: BMT Yaxın Şərq münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək

Bakı, 29 yanvar, Səadət Hakıyeva, AZƏRTAC 

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq münaqişəsinin nizamlamasına dair planına münasibət bildirib.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, Baş katib BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyanın Yaxın Şərqdə sülh məsələləri ilə bağlı qərarlarını rəhbər tutacağını deyib.

“Birləşmiş Millətlər Təşkilatı İsrail və Fələstinin 1967-ci ildən əvvəl mövcud olan sərhədlər çərçivəsində dinc yanaşı yaşamaq prinsipini əks etdirən müvafiq qətnamələri əsasında münaqişənin nizamlanması istiqamətində səylərini davam etdirəcək”, – deyə A.Quterreş söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.