ELM VƏ TƏHSİL
Aprel şəhidlərinin siyahısı Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Aprel döyüşləri zamanı şəhid olmuş hərbçilərimizin siyahısı və onlar haqqında məlumatlar Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın milli qəhrəmanlarının, Əfqanıstan müharibəsi və Qarabağ döyüşlərində həlak və şəhid olan azərbaycanlıların siyahısı da MRY bazasına əlavə edilib.
MRY layihəsində məqsəd ölkəmizin qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və xaricdə mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçıların istifadəsinə verməkdir.