İQTİSADİYYAT


Apreldə OPEC-in neft hasilatı geriləyib

Bakı, 15 may, AZƏRTAC

Apreldə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı mart ayı ilə müqayisədə 3 min barrel azalaraq gündəlik 30 milyon 31 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,4 faiz olub.

Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox İraq, Nigeriya və Liviya artırıb. İraqın sutkalıq hasilatı 113 min barrel çoxalaraq 4 milyon 630 min barrelə çatıb. Nigeriyada gündəlik istehsal 92 min barrel artaraq 1 milyon 819 min barrel olub. Liviyada isə neft hasilatı 71 min barrel çoxalaraq sutkada 1 milyon 176 min barrelə yüksəlib.

Apreldə kartelə üzv ölkələrdə neft istehsalı ən çox İran, Səudiyyə Ərəbistanı və Anqolada azalıb. İranın gündəlik hasilatı 164 min barrel azalaraq 2 milyon 554 min barrelə düşüb. Səudiyyə Ərəbistanında istehsal 45 min barrel geriləyərək sutkada 9 milyon 742 min barrel təşkil edib. Anqolada hasilat 41 min barrel azalaraq 1 milyon 413 min barrel təşkil edib.

Ötən ay dünyada 72 qazma qurğusu fəaliyyətini dayandırıb və ümumilikdə qurğuların sayı 2 min 298-ə geriləyib. Həmin qurğuların 577-si OPEC-ə üzv ölkələrdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.