ELM VƏ TƏHSİL


Aprelin 15-16-da keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bu həftənin sonu elan edilməsi nəzərdə tutulur

Bakı, 3 may, AZƏRTAC

Aprelin 15-16-da keçirilən buraxılış imtahanlarının materiallarının emalı yekunlaşmaq üzrədir və bu həftənin sonu nəticələrin elan edilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, aprelin 22-23-də keçirilən imtahanların materialları “skan” olunub. Bu gündən etibarən etalonların hazırlanmasına və meyarların təkmilləşdirilməsi prosesinə start verilib. Bayramdan sonrakı həftə ərzində işlər yekunlaşmış olacaq və nəticələr elan olunacaq.

Sonuncu imtahanların materialları (yazı işləri) isə “skan” olunma mərhələsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.