Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Aqrar Universitetin “Mühəndislik” korpusunun yenidənqurmadan sonra açılışı olub

Gəncə, 15 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Aqrar Universitetin “Mühəndislik” korpusu əsaslı şəkildə yenidənqurmadan sonra Bilik günündə tələbələrin ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Heydər Əsədov, Aqrar Universitetin professor-müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov qocaman təhsil ocağının şərəfli tarixindən, Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Bildirilib ki, son illərdə Prezident İlham Əliyevin elmə, təhsilə, o cümlədən kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Aqrar Universitet sürətli inkişaf yoluna qədəm qoyub. Hazırda Aqrar Universitet Azərbaycanın elm-təhsil müəssisələri arasında maddi-texniki bazasının, laboratoriyalarının zənginliyi, həmçinin professor-müəllim heyəti və kadr potensialı ilə fərqlənir. Son illərdə “Aqrolizinq” ASC tərəfindən çoxsaylı xarici kənd təsərrüfatı texnikasının, baytarlıq-sanitariya ekspertizası laboratoriyasının, 5 istixananın və digər avadanlıqların ali təhsil ocağına verilməsi burada prosesin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb.

Diqqətə çatdırılıb ki, Gəncədə ən böyük tədris korpusu kimi tanınan "Mühəndislik" korpusu bilavasitə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və dəstəyi ilə əsaslı təmir edilib. Binada əsaslı abadlıq və yenidənqurma işləri aparılıb.

Müasir tələblər səviyyəsində yenidən qurulan tədris korpusunda mühəndislik, elektroenergetika və informasiya texnologiyaları üzrə 8 ixtisasda 874 tələbə təhsil alacaq.

İbrahim Cəfərov bildirib ki, universitet bu gün daha sürətlə inkişaf edir, tələbələr üçün yeni imkanlar yaradılır. Universitetdə yüksəkixtisaslı aqrar mütəxəssis hazırlığı məqsədilə dünya standartlarına cavab verən tədris bazası mövcuddur. Tələbələrin biliyinin qiymətləndirilməsi tam şəffaf və obyektiv şəkildə həyata keçirilir.

Qeyd olunub ki, bu il universitetin Azərbaycan, rus və ingilis dili bölmələrinin bakalavriat səviyyəsinə 29 ixtisas üzrə 1162, magistratura səviyyəsinə 30 ixtisas üzrə 158 tələbə qəbul olub, 2 tələbə 600-dən, 10 tələbə isə 500-dən yuxarı bal toplayıb. Universitetin Elmi Şurasının qərarına əsasən, 600 və 500-dən çox bal toplayan tələbələrin aylıq təqaüdlərinə əlavələr edilib.

Ümumilikdə, ötən illərlə müqayisədə bu il tələbə qəbulu planı da yüksək faizlə yerinə yetirilib. 1445 plan yerinə 1162 tələbə qəbul olunub ki, bu da qəbul planının 80,42 faiz yerinə yetirilməsi deməkdir. Qəbul planı 1000-dən artıq olan 9 universitet arasında dövlət sifarişi ilə qəbulun faizinə görə Aqrar Universitet ikinci pilləyə yüksəlib. 12 ixtisas üzrə yalnız dövlət sifarişi ilə 590 nəfər tələbə qəbul olunub ki, bu da 98,33 faiz deməkdir. Yalnız dövlət sifarişli ixtisaslarda müsabiqə balı 150 olduğu halda, minimum keçid balı aqranomluq ixtisasında 201, aqromühəndislik ixtisasında 214, torpaqşünaslıq və aqrokimya ixtisasında 237, yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasında 256 olub.

Magistratura səviyyəsində 30 ixtisas, 67 ixtisaslaşma üzrə isə 208 plan yerinə qarşı 158 tələbə qəbul olunub və bu da 76 faiz deməkdir. Dövlət sifarişi ilə 101 tələbə qəbul olunub. 38 ixtisaslaşma üzrə plan 100 faiz yerinə yetirilib.

Bu gün ADAU-da 4957 tələbə təhsil alır. Onlardan 4613 nəfər bakalavriat, 344 nəfər isə magitrantdır.

Yeni istifadəyə verilən korpusun açılışında çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, Aqrar Universitetdə Prezident İlham Əliyevin göstərişi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə artıq 3-cü ildir 12 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir. Sevindirici haldır ki, bu il həmin ixtisaslar üzrə qəbul planı 98,33 faiz yerinə yetirilib. Eyni zamanda, nazir universitetin inkişafı üçün prespektiv məsələlərdən də danışıb.

Sonra nazir Heydər Əsədov yüksək bal toplayan tələbələrə qiymətli hədiyyələr təqdim edib, yeni istifadəyə verilən və eləcə də universitetin digər tədris korpusları ilə tanış olub, tapşırıq və tövsiyələrini bildirib.

Daha sonra nazir tələbə yataqxanasına gəlib, burada yaradılan şəraitlə maraqlanıb, yeməkxanaya baş çəkib, tələbələrlə söhbət edib.

Tələbələr onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və nazirliyə minnətdarlıqlarını bildiriblər.

Kənd təsərrüfatı naziri universitetin elmi-tədqiqat institutlarında da olub, alimlərin elmi işləri ilə maraqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO