SİYASƏT


Argentina nəşri Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulmasından yazır

Madrid, 18 oktyabr, AZƏRTAC 

Argentinada çıxan gündəlik “Clarin” qəzetinin internet-portalında “Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması nəticəsində 12 nəfər həlak olub” sərlövhəli məqalə dərc edilib (bax: https://www.clarin.com/agencias/efe-12-muertos-ataque-cohetes-segunda-ciudad-azerbaiyana_0_1kY_W7nFt.html)

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Baş Prokurorluğunun məlumatına istinad edilir. Bildirilir ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ermənilər tərəfindən ballistik raketlərdən atəşə tutulması nəticəsində azı 12 nəfər ölüb, 50-dən artıq insan yaralanıb.

Argentina nəşri diqqətə çatdırır ki, Gəncə gecəyarısı atəşə tutularkən Qərbdə “SCUD” kimi tanınan “Elbrus” taktiki ballistik raketlərdən istifadə olunub.

“Clarin” bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün rəsmi “Twitter” səhifəsində Gəncəyə hücumu “müharibə cinayəti” adlandırıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.