CƏMİYYƏT
Arximandrit Filaret: ”İslam həmrəyliyi - zamanın çağırışı” beynəlxalq konfransı islam dünyasının xristianlarla dialoqa açıq olduğunu göstərir VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Moskva Patriarxatının Xarici kilsə əlaqələri şöbəsinin sədrinin müavini arximandrit Filaret martın 15-də “İslam həmrəyliyi - zamanın çağırışı” beynəlxalq konfransı çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib: “Bu konfransda iştirak etmək bizim üçün çox əhəmiyyətlidir, çünki əvvələn, bu konfrans islam dünyasının xristianlarla, o cümlədən pravoslav kilsəsi ilə dialoqa açıq olduğunu göstərir. İkincisi, biz əsrlərboyu istər Qafqazda, istərsə də əvvəllər Sovet İttifaqının tərkibinə daxil olmuş digər regionlarda yanaşı yaşamışıq. Bizdə heç vaxt dinlərarası müharibələr olmayıb və görünür, dünyanın çox ciddi təhdidlər qarşısında durduğu, əsasən radikalizmin və terrorizmin yayıldığı bir dövrdə bu təhdidlərə qarşı çıxanların hamısını birləşdirə biləcək yeganə vasitə əməkdaşlıqdır”.