İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 69,6 faizi sənaye və tikinti sahələrinə sərf olunub

Bakı, 25 yanvar, AZƏRTAC

2021-ci ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 45,4 faizi sənaye, 24,2 faizi tikinti, 16,5 faizi nəqliyyat və anbar təsərrüfatına sərf olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövr ərzində sözügedən vəsaitin 5,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi təhsil, hər birində 1,2 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,6 faizi informasiya və rabitə, hər birində 0,4 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.