CƏMİYYƏT
Əsnayə Zeynallı: “ASAP Forum 2022”də dörd gün müddətində müxtəlif mövzularda müzakirələr aparılacaq VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Ümid edirəm ki, iştirakçılar üçün çox maraqlı keçəcək. Forumda dörd gün müddətində müxtəlif mövzularda diskussiyalar aparılacaq.
Bunu Bakıda Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) (ASAP) birgə keçirdiyi “ASAP Forum 2022”nin tədbirinin təşkilatçılarından biri olan Əsnayə Zeynallı AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, iştirakçılarla TEDx formatında panel müzakirələrimiz olacaq. Tələbələrimiz və məzunlarımız xaricdə yaşamağa dair təəssüratlarını paylaşacaqlar və onlar layihələr üzərində işləyəcəklər. Çox maraqlı və uğurlu proqram olacaq.
Qeyd edib ki, forum çərçivəsində dövlət xadimlərinin, ekspertlərin, xarici təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri, karyera sərgisi, şəbəkələşmə tədbirləri, müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən TEDx formatında çıxışlar və beynəlxalq müstəvidə təmsilçiliklə bağlı təlimlər keçiriləcək.