İQTİSADİYYAT


Aşqabadda Beynəlxalq Energetika Xartiyası forumunun ikinci günündə maraqlı müzakirələr aparılıb

Aşqabad, 31 may, Laçın Sultanova, AZƏRTAC 

Aşqabadda Beynəlxalq Energetika Xartiyasının “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” mövzusunda forumunun ikinci günü maraqlı müzakirələrlə yadda qalıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, forumun ikinci günü elektrik enerjisinin transsərhəd ticarəti və dayanıqlı inkişaf məsələlərinə həsr edilən sessiya ilə başlayıb.

Sessiyada Türkmənistanın energetika naziri, Energetika Xartiyası Konfransının sədr müavini Çarımurat Purçekov “Mərkəzi və Cənubi Asiya arasında elektrik enerjisi ticarəti barədə çağırışlar və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. Onun çıxışında Asiya regionu ölkələri arasında elektrik enerjisi ilə təchizatın əsas tendensiyaları vurğulanıb.

Bu sessiyada, həmçinin Avstriyanın “Energy control” şirkətinin nümayəndəsi Sarina Abado çıxış edib. O, elektrik enerjisi regional bazarlarının inteqrasiyasında Avropa İttifaqının (Aİ) təcrübəsindən danışıb. Bu baxımdan enerji resurslarının regional tranzitinin inkişafında Aİ ölkələrinin böyük rolu vurğulanıb.

Sessiyada “Energy Links” layihəsinin elektrik enerjisi məsələləri üzrə böyük məsləhətçisi Metyu Edisson və Özbəkistanın “Enerji” əlaqələndirici-dispetçer mərkəzinin direktoru Hamidulla Şamsiyev də çıxış ediblər.

Forumun ikinci günündə “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” mövzusunda panel diskussiya aparılıb.

Sonuncu sessiyada beynəlxalq forumun işinə yekun vurulub və Yekun sənəd qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.