Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Əsrin müqaviləsi” – Milli uğur strategiyası

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişafının maliyyələşdirilməsi və yaxın ölkələrlə razılaşmalar yolu ilə regional sabitliyin və inkişafın təşviqi istiqamətində öz neft sənayesini xarici investisiyalar üçün açdı. Hökumətin hazırladığı milli strategiya 1994-cü ilin sentyabrında, Azərbaycan üçün tarixi bir gündə – Hasilatın pay bölgüsü haqqında Sazişin (HPBS) imzalanması ilə nəticələndi. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 3 əsas neft yatağını – “Azəri”, “Çıraq” yataqlarını və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsini əhatə edən sahənin işlənməsi haqqında həmin saziş Dövlət Neft Şirkəti (SOCAR) ilə 7 ölkədən olan 11 xarici neft şirkəti arasında imzalandı.

İlkin olaraq 30 il müddətinə imzalanan və 2017-ci ildə əsrin ortalarınadək uzadılan saziş 1994-cü il dekabrın 2-də Milli Məclis tərəfindən qəbul olunub və həmin il dekabrın 14-də qüvvəyə minib. Bu HPBS keçmiş Sovet ittifaqının hər hansı bir ölkəsinə qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.

HPBS ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ 6 ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil” (indiki “Equinor”), “Exxon”, “TPAO”, “Pennzoil”, “McDermott”; “Ramco”; “Delta Nimir”) təşkil olunub.

1999-cu ilin iyunundan etibarən BP ABƏŞ üzrə operatorluq funksiyasını öz üzərinə götürüb.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25 faiz), “Chevron” (9,57 faiz), “Inpex” (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), “TPAO” (5,73 faiz), “Itochu” (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz).

AÇG sazişi ABƏŞ üçün iş proqramını və xüsusi layihə büdcələrini təsdiq edən Rəhbər Komitə tərəfindən tənzimlənir. Rəhbər Komitə SOCAR, Azərbaycan hökuməti və iştirakçı xarici neft şirkətlərinin nümayəndələrindən təşkil olunub.

Saziş Azərbaycanın dəniz yataqları üzrə ilk HPBS sazişidir, ölkənin yeni neft strategiyasının institusionallaşması və investorlar üçün hüquqi sabitlik təmin edən bazanın yaranması ilə əlamətdardır. HPBS-ə əsasən, yatağın işlənməsinin hər mərhələsi üçün iştirakçı neft şirkətləri bütün işlənmə xərclərini ödəyir və həmin xərcləri “məsrəflərin ödənilməsi üçün neft” formasında kompensasiya edirlər. Hasil olunan neftin qalan hissəsi şirkətlər və Azərbaycan dövləti arasında bölüşdürülən “mənfəət nefti”dir.

Müqavilə sahəsi

AÇG neft yatağı Xəzərin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzərin altında 2000-3500 metr dərinlikdə yerləşən “Balaxanı” VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir. Bu ilin birinci yarısının sonuna ümumi investisiya həcmi 36 milyard dollardan çox olub. Bu günədək AÇG yatağından cəmi 3,6 milyard barreldən çox neft hasil edilib.

Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: “Çıraq” yatağından hasilat ilkin neft layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” layihəsi Mərhələ 1 – “Mərkəzi Azəri” gəlir. Orada hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı 2-ci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-cı ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən “Çıraq” neft layihəsi davam edib. Həmin platformadan ilk neft 2014-cü il yanvarın 28-də əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsidir. Bu layihəyə cari ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. ACE layihəsi hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.

Hazırda AÇG yatağından gündəlik təxminən 550 min barrel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.

Beynəlxalq səviyyədə tanınma

AÇG tərəfdaşları ilə Azərbaycan hökumət arasında 25 illik uğurlu əməkdaşlıq xarici neft şirkətlərinin Azərbaycan hökuməti və SOCAR ilə dənizdə hasilat platformaları, sualtı boru kəmərləri, quruda saxlama və beynəlxalq bazarlara ixrac sistemlərini əhatə edən dünya səviyyəli layihəni birgə həyata keçirməyin mümkünlüyünü nümayiş etdirib.

Bu, investorların inamını artırıb və beynəlxalq aləmdə Azərbaycanın uğurlu biznes məkanı kimi tanınmasına imkan yaradıb.

AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb.

Sazişin müddətinin uzadılması

AÇG yatağının işlənməsinin misilsiz uğurunu nəzərə alaraq, Azərbaycan hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 2017-ci il sentyabrın 14-də imzalayaraq sazişin müddətini əsrin ortalarına qədər uzadıblar. Yeni saziş Bakıda, Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.

Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir. O, növbəti 30 ildə AÇG üzrə iştirakçı şirkətlərin AÇG yatağının uzunmüddətli işlənmə potensialını yeni investisiyalar, yeni texnologiyalar və yataqdan hasilatı maksimuma çatdırmaq üçün yeni birgə səylər hesabına açmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərinə zəmanət verir.

AÇG layihəsi üzrə işin böyük hissəsi Azərbaycan mütəxəssisləri və işçi qüvvəsi tərəfindən yerinə yetirilib

AÇG layihəsində ən birinci və ən vacib yeri onun işlənməsinə cəlb olunmuş yüksəkixtisaslı insanlar tutur. AÇG layihəsi dünyanın müxtəlif yerlərindən öz işinə sadiq minlərlə insanın töhfə verdiyi əsl beynəlxalq miqyaslı nailiyyət olsa da, işin böyük hissəsi ölkə daxilində Azərbaycan mütəxəssisləri və işçi qüvvəsi tərəfindən yerinə yetirilib.

Layihə qonşu icmalardan minlərlə insanı işlə təmin edib və yüzlərlə yerli Azərbaycan şirkətlərinə öz imkanlarını inkişaf etdirməyə, neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan verib. Yeni peşə bacarıqları öyrənilib, yerli biznes infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb.

İmkanların bu cür artması layihələr çərçivəsində dünya səviyyəli dəniz platformalarının istehsalı ilə əlaqədar işləri tam olaraq Azərbaycanda yerinə yetirməyə imkan verib.

Bundan əlavə, hazırda Azərbaycan vətəndaşları AÇG üzrə operator olan “BP Azerbaijan” şirkətinin peşəkar heyətinin 90 faizini təşkil edir. AÇG layihəsində iştirak edən milli kadrların inkişaf etdirilməsi çərçivəsində BP Azərbaycan şirkətinin bir çox yerli işçiləri BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində rəhbər vəzifələrə təyin olunaraq yüksək peşəkarlıq və səriştə əldə ediblər.

Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri

Beynəlxalq səviyyədə AÇG layihəsinin uğuru Azərbaycandan gələn enerjinin strateji əhəmiyyətini əks etdirir. AÇG layihəsi qapalı hövzə olan Xəzər dənizindən dünya bazarlarına tamamilə yeni bir marşrut açıb. Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri AÇG layihəsinin həyata keçirilməsinin vacib və ayrılmaz tərkib hissəsidir.

Hazırda AÇG yatağından hasil olunan həcmin böyük hissəsi dünya bazarlarına bu boru kəməri vasitəsilə çatdırılır. BTC 3 ölkənin ərazisindən keçərək 1768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir. O, Azərbaycandan Gürcüstana keçərək Aralıq dənizinə çatır. Türkiyənin Ceyhan şəhərində yeni bir dəniz terminalı inşa edilib. BTC kəməri beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən bir marşrutdur və regionu əsas beynəlxalq enerji oyunçusuna çevirir.

BTC boru kəməri tranzit əraziyə malik ölkələr üçün xeyli gəlir gətirib, Azərbaycan, Gürcüstan, Türkiyə və qərb arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə kömək edib. BTC kəmərinin ötürücülük qabiliyyəti gündəlik 1 milyon barrel təşkil edən layihə gücündən hazırda sutkalıq 1,2 milyon barrelə qədər artırılıb. Bu günədək həmin boru kəməri vasitəsilə təxminən 3,3 milyard barrel (təxminən 440 milyon ton) xam neft Xəzərdən Aralıq dənizinə təhlükəsiz və etibarlı şəkildə nəql olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY