CƏMİYYƏT


Astara rayonunda yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb

Bakı, 14 iyul, AZƏRTAC

Lənkəran rayon sakini A.Vəliyev idarə etdiyi “QAZel” markalı avtomobili Astara rayonunun Hamuşam kəndi ərazisində aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin Amid Nəsirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.