REGİONLAR


Astara və Ağdam məktəbləri qardaşlaşıb

Bakı, 11 sentyabr (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığı ilə reallaşdırılan “Ölkəmizi tanıyaq” proqramının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Astara və Ağdam məktəbləri qardaşlaşıblar.

Fondun informasiya təminatı sektorundan AZƏRTAC-a verilən məlumata görə, Astaranın Ziya Bünyadov adına 2 nömrəli şəhər orta məktəbi Ağdam rayonunun Quzanlı qəsəbə orta məktəbi ilə qardaşlaşıb.

Bu münasibətlə Ağdamın Quzanlı qəsəbəsinə gələn astaralı şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qardaşlaşma haqqında saziş imzalandıqdan sonra Astara məktəbliləri qəsəbədəki Heydər Əliyev Mərkəzini, Sultanbud təpəsindəki Bayraq Meydanını, Quzanlıdakı Şəhidlər abidəsini, Seyid Lazım Ağanın məqbərəsini ziyarət ediblər. Daha sonra şagirdlər cəbhə xəttinin yaxınlığında yerləşən Rahib Məmmədov adına Dövlət Hərb Muzeyində olublar. Buradakı eksponatlar Astara məktəblilərinə vətənpərvərlik ruhu aşılayıb.

Ağdam Mədəniyyət Evində hər iki tərəf təmsil etdikləri rayonun və məktəbin təqdimatını keçirib. Astara məktəbliləri Ağdam haqqında filmə baxıblar. İkigünlük proqram çərçivəsində müxtəlif “dəyirmi masa”lar, viktorinalar, əyləncəli oyunlar keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində “Qardaşlaşmış məktəblər” layihəsinin ilk mərhələsi sentyabrın 15-dək davam edəcək. Bu mərhələdə müxtəlif bölgələrdəki 20 məktəb qardaşlaşacaq. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaq.

Artıq ölkədəki 10 məktəb qardaşlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.