CƏMİYYƏT


Astarada İran və Türkiyə vətəndaşlarından külli miqdarda narkotik maddə götürülüb

Bakı, 11 iyul, AZƏRTAC 

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə respublika ərazisinə külli miqdarda narkotik vasitə keçirən İran və Türkiyə vətəndaşları saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə vətəndaşı Haydar Yaba saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Astara Rayon Polis Şöbəsində onların üzərinə baxış keçirilən zaman hər iki şəxsin ayaqqabılarının alt hissəsində gizlədilmiş, ümumilikdə 1 kiloqram 235 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.