REGİONLAR
Astarada bilik yarışının qalibləri mükafatlandırılıb
Astara, 8 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda fəaliyyət göstərən “Future Genius” Tədris və İnkişaf Mərkəzinin məktəblilər arasında “Gələcəyin dahiləri” devizi ilə keçirdiyi bilik yarışının qalibləri mükafatlandırılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində çıxış edən “Future Genius“ Tədris və İnkişaf Mərkəzinin nümayəndəsi Elvin Zeynalov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə bilik yarışında uğur qazanmış şagirdləri təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.
Qeyd olunub ki, bilik yarışının keçirilməsində məqsəd məktəblilərin elmə və yaradıcılığa olan marağının daha da artırılması üçün əlverişli şərait yaratmaq, eyni zamanda, istedadlı və bacarıqlı şagirdləri üzə çıxarmaq, gələcəkdə onların potensialını inkişaf etdirmək istiqamətində mühüm addımlar atmaqdır.
Qaliblərə fəxri fərmanlar, notebook və planşetlər təqdim olunub.