REGİONLAR
Astarada məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi başa çatıb
Astara, 11 may, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda Astara şəhər 1, 2 , 5 və 7 nömrəli, Səncərədi və Siyəku kənd, Kijəbə qəsəbə tam orta məktəblərinin komandaları qələbə uğrunda mübarizə aparıblar.
Rayon birinciliyində daha yaxşı oyun nümayiş etdirən Astara şəhər 2 nömrəli və Kijəbə qəsəbə tam orta məktəbin komandaları finalda qarşılaşıblar.
Final görüşündə Kijəbə qəsəbə tam orta məktəbinin komandası rəqibinə 3:1 hesabı ilə qalib gələrək rayon birinciliyinin qalibi olub.
Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim edilib.