REGİONLAR


Astarada qanunsuz ov edən şəxs saxlanılıb

Astara, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Astara şəhərinin Giləkəran yaşayış məntəqəsində ov üçün nəzərdə tutulmayan ərzidə qanunsuz ov edən Astara şəhər sakini İ.Kazımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, İ.Kazımovdan qanunsuz ovladığı 5 ədəd çöl quşu, 1 ədəd ov tüfəngi və digər ov alətləri aşkarlanıb.

İ.Kazımov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.