REGİONLAR
Astarada şəhid Nurlan Rəhimovun şəhadətinin ildönümündə xatirəsi anılıb
Astara, 4 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Gənclər və İdman İdarəsinin, “İntellektli və sağlam gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Rəhimov Nurlan Əlövsət oğlunun şəhadətinin ildönümündə ailəsi və məzarı ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Nurlan Rəhimovun ailə üzvləri ilə görüşən mərasim iştirakçıları 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Mərasim iştirakçıları şəhid Nurlan Rəhimovun Astara şəhərindəki məzarlıqda məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, şəhid Nurlan Rəhimov ötən il sentyabrın 30-da Vətən müharibəsində qəhrəmancasına şəhid olub. “Vətən uğrunda”, “Döyüşlərdə fərqləndiyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.