CƏMİYYƏT
Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və Milli Məclisin bir sıra deputatları, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulublar.
Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib. Ölkənin 15 məscidində keçirilən aksiya saat 19-dək davam edib.