İDMAN


Atletlərimiz İstanbul kuboku turnirinə qatılacaqlar

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 16-da atletlərimiz İstanbul kuboku turnirinə qatılacaqlar.

Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndəsi Ceyhun Hüseynov AZƏRTAC-a bildirib ki, turnirdə ölkəmizi Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelana Pextireva təmsil edəcəklər.

İdmançılarımız turnirdə qaçış (60m, 400m) və tullanma (üçtəkanla, uzunluğa) yarışlarında iştirak edəcəklər.

Atletlərimiz AAF-ın prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi altında mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.