CƏMİYYƏT


Atmosfer havasından götürülən nümunələr araşdırılıb

Bakı, 7 noyabr, AZƏRTAC 

Noyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan havaya tullantı atılması ilə bağlı məlumat daxil olub. Nazirliyin əməkdaşları monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və araşdırma aparıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli katalitik riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə tullantıların atılması qeydə alınıb.

Götürülmüş nümunələr üzərində laborator analizlər aparılır, nəticələr məlum olduqdan sonra müvafiq qərar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.