İQTİSADİYYAT


Attestasiyadan keçən 6 nəfərə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Attestasiyadan keçən 6 nəfərə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq qurumun idarə heyətinin 2019-cu il 21 oktyabr tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Muradov Nüsrət Sadıq oğlu, Cəfərov Rövşən Muqabil oğlu, Babatov İdrak Akif oğlu, İsmayılzadə Nərmin Tahir qızı, Hacızadə Mətanət Tərlan qızı və Alışov Amil Asif oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.