İQTİSADİYYAT


Avqustun ilk hərracında səhmdar cəmiyyəti özəlləşdirilib

Bakı, 3 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərracda “Lənkəran Taxıl” ASC-nin dövlətə məxsus səhm paketi özəlləşdirilib. Adıçəkilən səhmdar cəmiyyətin 29,95 faizlik səhm paketi 26 min 43 manata satılıb.

Hərracda özəlləşdirilən dövlət əmlakı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sSycj )

Məlumat üçün bildiririk ki, kiçik dövlət müəssisəsi və nəqliyyat vasitəsi üzrə cari ayda növbəti hərraclar avqustun 9-u, 16-sı, 23-ü və 30-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.