İDMAN


“Avro-2020”: Matteo Pessinanın qolu sayəsində İtaliya millisi Uelsi məğlub edib

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış oyunda A qrupunda yer alan İtaliya və Uels milliləri üz-üzə gəlib.

Romadakı “Olimpico” stadionunda baş tutan görüş italyanlıların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda yeganə qolun müəllifi 39-cu dəqiqədə Matteo Pessina olub. O, Marko Verattinin cərimə meydançasına ötürməsini bir toxunuşla qola çevirib.

Bu qələbən sonra İtaliya millisi A qrupunda 9 xal toplayıb, Uels isə 4 xalla qrup mərhələsini ikinci pillədə başa vurub.

A qrupun digər görüşü Bakı Olimpiya Stadionunda Türkiyə və İsveçrə yığmaları arasında oynanılıb. Həmin görüş isveçrəlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu il Avropa çempionatının reqlamentində dəyişiklik olunub. Belə ki, qrup mərhələsində ən yaxşı nəticə göstərən qrup üçüncüləri də, növbəti mərhələyə vəsiqə qazanmaq şansı əldə edəcəklər.

İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3, daha sonra Uels yığmasına 0:2 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1. İsveçrə növbəti oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.